Diş Müalicəsi

Şəxsi stomatologiya xərcləri bütün dünyada artığı üçün, daha çox xəstə diş müalicəsi üçün xarici ucuz ölkələrə getməyə fikirləşir. Siz xaricdə müalicəyi seçmək ilə, bərpaedici və kosmetik diş müalicə xərclərini azalda bilərsiniz və İran sizin üçün ən yaxşı seçim ola bilər. Iranda aşağı qiyməti , təhlükəsiz və yüksək keyfiyyətli diş müalicə almaq  üçün ,bizim asan müşavirə formu doldurun. Daha ətraflı məlumat üçün bizimlə əlaqə saxlayın

Dental treatment

Stomatologiya xidmətlər

Xəstələr ümumiyytlə, iki növ diş problemləmi üçün professional yardım ala bilərlər: ağrı və protez pisləşməsi və ya çirkin görünüşü ilə bağlı estetik məsələlər. Hər problem, fərqli bir diş müalicəsi tələb edir, Məsələn cərrahiyyə və ya kök kanal müalicəsi birinci probləm üçün və Apareyler, İmplantologiya, diş Qapaqı və körpüləri ikinci probləm üçün işlənilir.   xəstələr, diş klinikasında, hər dəfə müayinə olunub, Bütün problemlər aşkar və diaqnoz olmalıdır   və lazım görülərsə bəzi analizlər etdirməsi tələb olunacaq.Daha sonra, diş mütəxəssisi, diqqətlə xəstənin hər probləm və məsələsini həll edərkən, onun ehtiyaclarına ən uyğun müalicə planını yaratmalıdır .

  Ənənəvi stomatologiya, ağız gigiyenası və xəstəliklərinin qarşısının alınması , diaqnostika və şifasına diqqət edərkən, kosmetik stomatologiya bir adamın diş, ağız və təbəssüm görünüşünün yaxşılaşdırılması üçün yönəlmişdir.

Başqa sözlə , bərpaedici , ümumi və / ya ailə stomatologiyası zəruri müalicə tələb edən diş problemlərini Nəzərdən keçirir , halbuki kosmetik stomatologiya  istədiyiniz müalicə və ya xidmətləri təmin edir. Bəzi stomatologiya xidmətləri aşaqıda ki kimidir  

Farfor Plomb (İnley ,Onley)

Farfor plomblar çox maddə itkisi olan və dişin bütündən küçültülerek qapaq tətbiqi tələb edən vəziyyətlərdə sağlam diş toxumasını qorumaq məqsədli inkişaf etdirilmiş bir plomb üsuludur. cərrah vasitəsilə xəstənin dişinə yapışdırılmadan qabaq,  laboratoriyada hazırlanan üstün estetik və dayanıqlılığa sahib olan bu plomblar  çürük diş və buna bənzər diş xəstəliklərinin müalicəsi üçün  uyğundur.

 Estetik Kosmetika Bağlar

Kompozit bağlar dişlərin formasını, ölçüsünü, rəngini dəyişdirmək və qüsurlarını bağlamaq üçün dişə əlavə olunan, diş rəngi ilə uyğun xüsusi materyallerdir. Diş səthinə möhkəm tutundukları üçün diş toxumalarını dəstəkləyir, qırılmaları və həssaslığı maneçilik edərlər.

Kompozit bağlar yalnız diş çürüklərin bərpa etmək üçün istifadə edilməzlər. Buna əlavə olaraq;

-Yüngül çarpık və əyri dişlərin düzəldilməsində

-Boyut Və formalarında dəyişiklik edilməsində

-Dişlerinizin Şəkil pozuqluqlarının aradan qaldırılmasında

-Diş Aralarındakı boşluqların bağlanılmasında

-Kırılmış Və aşınmış dişlərin düzəldilməsində istifadə edilir.

Bu texnikanın ən böyük üstünlüyü tək seans kimi qısa bir ziyarətlə daha cəlbedici bir gülümsəməyə sahib olmanızı sağlayabilmesidir .

 Protez (süni dişlər)    

Ağızda müxtəlif səbəblərlə estetik  pozğunluqların və ya itirilmiş olan dişlərin yerinə qoyulan,   bütün süni dişlər protezdir (taxma diş).  Tam  protezlər  Heç diş olmayan ağızlara və  Hissəvi protezlər  Qismən dişsiz ağızlara tətbiq olunmaqdadır. itkin dişləri əvəz etmək çox vacibdir. Bunu  etməmənin pis təsirləri, Qalan dişlərin yerdəyişməsi, yemək və düzgün çeynəməkdə acizlik, üz görünüşündə sallanma və nəticədə şəxsin daha yaşlı görsənməsidir. bir başqa sözlə Bu tip xəstələrə düzəldilən müxtəlif protezlər insanların həyat keyfiyyətinin yüksəldilməsi məqsədilə qoyulur.

Diş plombu

Diş plombu minimal diş sınıqları, çürük səbəbiylə zədə görmüş dişlərdə boşluqların  doldurulmasıdır. Diş plomb materiallar hətta daha yaxşı dişləmə və çeynəmə üçün   istifadə edilə bilər . əgər diş plombunda, Uyğun materiallar istifadə olursa ,diş minasının itirilməsi və diş həssaslığı  olan şəxslər, . bir çox hallarda,   diş həssaslığında əhəmiyyətli bir yaxşılaşma və ya həssaslığın tam aradan qaldırılmasını  görəcəklər.

Diş qapaqları(koronka)

Diş qapağı ağız boşluğunda hər hansı bir səbəblə itirilmiş, olmayan və ya bir hissəsi itmiş  , həddindən artıq  çürük, , zədələnmiş dişlərin ,əlverişsiz bite, yaşlanma prosesi kimi faktorlar səbəbilə, köhnələn, çatlayan və qırılan dişlərin  yenidən bərpası üçün istifadə olunan ortopedik konstruksiyalardır. Bu gün etibarilə diş kronları  sizin funksional və estetik ehtiyaclarınızı təmin edə bilər. Diş qapağı məqsədi Çürük,qırıq və ya başqa bir səbəblə hədsiz maddə itkisi olan dişlərin əhatə  və qorumasıdır.

Diş körpüləri

Diş körpüləri, diş implantları, və  protezleri, itirilmiş dişləri dəyişdirmək üçün istifadə olunur.Körpü Bir və ya birdən çox diş əksikliyində, qonşu dişlərin kiçildilib onlara uyğun gələn xüsusi bağlamalardan kömək alaraq ara boşluqlarının doldurulması prosesidir.Hər hansı bir səbəblə  diş itkisi meydana gəldiyində qonşu dişlər də bu boşluğa doğru hərəkət etməyə başlayar. Bunun nəticəsində yandakı dişlərdə diş əti problemləri  və bu boşluqda hərəkətlə bağlı sümük itkisi,estetik görünüşdə pozulma və çeynəmə əzələlərində dəyişikliklər meydana gəlir.Əgər  uzun müddət  bu boşluq implant ya da körpü ile əvəz edilməzsə bu qonşu  dişlərdə də itkiyə səbəb ola bilər.

 İmplantologiya

Qısaca desək, implantat əskik olan dişlərin funksiyasını və estetikasını bərpa etmək məqsədi ilə çənə sümüyünə yerləşdirilən süni diş köküdür.İmplantologiya – diş sırasının hər bir nöqsanlı problemlərini tez və effektiv şəkildə həll etməyə imkan verir. Sizin təbəssümünüz kamil və harmonik olacaqdır.

  İllər əvvəl, ortodontik müalicələr yalnız dişləmək(malocclusion) ilə problemləri olan yeniyetmələr üçün istifadə edilmişdir. Günümüzdə diş teli kimi ortodontik müalicə yalnız  yeniyetmələr üçün deyil, böyüklər üçün də var.

Hansı yaşda Olursa olsun, Ortodontiya, sizin  dişləmə probləmlərinizi aradan qaldıra bilər.  Ortodontiya diş teli və funksional apareyler istifadə edərək əyri və bağlanış pozuqluğu olan dişləri düzəltməyə yarayan müalicə şəklidir. Sizə az müddətdə estetik və sağlam bir gülümsəmə verir. Ortodontiya müalicə də xüsusilə üz-çənə cərrahi prosedurlar ilə birlikdə çənə, boyun və dodaqların yenidən şəkillənməsiylə ilə, üz görünüşü daha cavan göstərilə bilər. Ortodontik müalicə ilə daha sağlam bir ağıza, daha  yaxşı ağız gigiyenasına, daha təsirli bir görünüşə və daha uzun müddət ağzınızda qalacaq dişlərə sahib ola bilərsiniz.